Binəqədidə COVİD-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün görülən işlər çərçivəsində rayon ərazisində fəaliyyət göstərən sahibkarlar da fəal iştirak edirlər.
Bineqedi.info saytına verilən məlumata görə, rayonda sahibkarlıq fəaliyyəti göstərən Cəlil Nağıyev tərəfindən dezinfeksiya işlərinin daha səmərəli və mütəmadi aparılması məqsədilə 5 ədəd yeni dezinfeksiya aparatı və 5 ton təmizləyici maddənin alınmasına köməklik göstərilib.
Cəlil Nağıyevin bu addımı rayon sakinləri və ziyalılar tərəfindən minnətdarlıqla qarşılanıb.
Bineqedi.info