Evdən çıxmaq üçün göndərilən SMS-lərlə bağlı ən çox verilən suallara CAVABLAR

0
65
altinci-mikrorayon

Xəbər verdiyimiz kimi, bu gün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Bineqedi.info saytı xəbər verir ki, “ASAN Xidmət”in məlumatına görə, 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən suallar cavablandırılıb.

Həmin cavabları təqdim edirik:

8103 SMS icazə sisteminə göndərilən müraciətlər üçün vətəndaşlardan ödəniş tələb olunmur.

Təsərrüfat sahəsi evinə yaxın ərazidə yerləşən vətəndaşların SMS icazə almalarına ehtiyac yoxdur.

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə SMS xidməti vasitəsilə icazə almaq mümkündür, bu halda heç bir məhdudiyyət qoyulmur.

SMS-nə 1 saat keçməsinə baxmayaraq cavab gəlməyən vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

“Azercell” *1111; şəhər nömrələrindən 012 490 49 49

“Bakcell” 555, şəhər nömrələrindən 012 498 89 89

“Nar” 777, şəhər nömrələrindən 012 444 07 77

Qeydiyyatdan keçirilmiş işçilərin marketə və aptekə getmək üçün icazə almalarına ehtiyac yoxdur.

Məsafədən asılı olmayaraq ərzaq mağazasına gedərkən 8103 qısa nömrəsinə SMS göndərilməlidir.

Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslər müraciət olunan zəruri hal üzrə koda əsasən təsdiq cavabı aldıqdan sonra evdən çıxa bilər.

Əvvəlki məqaləBinəqədi rayonunda dezinfeksiya işləri davam etdirilir
Növbəti məqalədəKoronavirusa yoluxan daha 2 nəfər vəfat etdi – Rəsmi