Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülüb. Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Ev Manşet
Binəqədi gəncləri
Binəqədidə tədbir keçirilib – FOTO
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya...
Binəqədidə Gənclər Gününə həsr edilmiş tədbir keçirildi – Foto
Binəqədi Rayon İcra Hakimiyyətində və Bakı Humanitar Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirilib.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən...
Bu qrupda ən yüksək balı o topladı – FOTO
İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək...
Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir...
Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası...
Binəqədili gəncləri tanıyaq: Məmmədli Sevinc Rəşad qızı
Məmmədli Sevinc Rəşad qızı 13 iyul 2004-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub.
Bineqedi.info saytı Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir...