Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb. Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-cı il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.