Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Bulaq” restoranının yaxınlığında iməclik keçirilib.
Bineqedi.info xəbər verir ki, iməclikdə Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Biləcəri Bələdiyyəsi və Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları iştirak ediblər. Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə quru otlar vurulub, tullantılar yığılıb, ərazi təmizlənib.