7-ci mikrorayonda 11 saylı binanın həyətinə asfalt örtüyü vurulur

0
54

Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində 11 saylı yaşayış binasının həyətinə asfalt örtüyü vurulur.

Bineqedi.info xəbər verir ki, işlər 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xidməti ərazidə aparılır. Qeyd edək ki, bir müddət öncə sözügedən binanın həyətində digər abadlıq işləri aparılıb, istirahət köşkləri, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Binanın həyətinə asfalt örtüyü vurulması prosesindən çəkilmiş fotoları təqdim edirik.

Əvvəlki məqaləBinəqədidə 1967-ci ildən fəaliyyət göstərən futbol məktəbi – Foto
Növbəti məqalədəBiləcəri ərazisində iməclik keçirilib – Fotolar