Binəqədidə binada baş verən partlayışın təhqiqatı aparılır

0
187
bineqedi-yangin-partlayis

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.trend

Əvvəlki məqaləDaxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Növbəti məqalədəBinəqədidə mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir