Binəqədidə evdən 5000 manatlıq geyim əşyaları oğurlanıb

0
66
bineqedi-polis-bolmesi

Bakının Binəqədidə rayonunda evdə oğurluq hadisəsi baş verib.

Bineqedi.info saytı bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R. Əsgərov saxlanılıb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə dövlət xətti ilə kirayə mənzil təklif olunur
Növbəti məqalədəBinəqədidə adına park salınan və büstü qoyulan Milli Qəhrəman – Fərhad Hümbətov