Binəqədidə adına park salınan və büstü qoyulan Milli Qəhrəman – Fərhad Hümbətov

0
13227
milli-qehreman- bineqedi-park

Hümbətov Fərhad Qənbər oğlu 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub.

1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib və düşmənin 5 postunu dağıdıb.

1992-ci il martın 29-u Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də özü qəhrəmancasına şəhid olur.

Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Binəqədi rayonunda adına park salınıb və burada büstü qoyulub.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Fərhad Hümbətovun büstü ucaldılıb.

 

Əvvəlki məqaləBinəqədidə evdən 5000 manatlıq geyim əşyaları oğurlanıb
Növbəti məqalədəBinəqədi Rayon Məhkəməsi tikinti şirkətini 8 min manat cərimələndi