Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Bineqedi.info saytı xəbər verir ki, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da Sərəncam imzalayıb.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdədir:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.
Bineqedi.info