“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı

0
63
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Bineqedi.info saytı xəbər verir ki, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da Sərəncam imzalayıb.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdədir:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Bineqedi.info

Əvvəlki məqaləDurğu işarələrinin yazıda işlənməsi məqamları
Növbəti məqalədəBinəqədidə yaradılmış “Aqro Lizinq” MMC dövlət qeydiyyatına alındı