Binəqədidə “Qanlı Yanvar – Milli qürur günü” adlı onlayn tədbir keçirilib – Fotolar

0
56
bineqedi-icra-vusar
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının və “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialı əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə “Qanlı Yanvar – Milli qürur günü” adlı onlayn tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 31-ci ildönümnə həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayon Gənclər və İdman İdarəsinn rəisi Namiq Tarverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının direktoru İftixar Piriyev, “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov, məktəb direktorları, müəllimlər, ictimai birliklərin rəhbərləri və məktəblilər iştirak ediblər.
bineqedi-anim-tedbir1
Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə haqqında məlumat verərək bildirib ki, 31 il öncə baş verən bu qanlı faciə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifə olsa da, bu tarix eyni zamanda Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
1990–cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Natiq çıxışının sonunda vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti nəticəsində bu yolda qarşıya çıxan maneə və çətinliklər uğurla dəf olunub, ölkədə siyasi sabitlik yaranıb, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artıb.
Daha sonra 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov çıxış edərək bildirib ki, artıq tarixiləşmiş bu faciə genetik yaddaşımızda xalqımızın fəxarət və şərəf günü kimi qalıb.
Həmin günlərin ağrı-acısının şahidi olmuş bir insan kimi xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov yekun nitq üçün çıxışı zamanı qeyd edib ki, bu il 20 yanvar şəhidlərinin də ruhu sevinir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökdürməsi ilə şanlı qəhrəmanlıq tarixi yazdı.
Ramiz Göyüşov bildirib ki, 20 Yanvar qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.
bineqedi-anim-tedbir2
Tədbir 179 №li tam orta məktəbin 7-ci sinif şagirdi Nuray Nağıyevanın ifasında 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiya ilə sona çatıb.
Bineqedi.info
Əvvəlki məqaləŞəhidlər Xiyabanını ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək – DİN-dən XƏBƏRDARLIQ
Növbəti məqalədəBinəqədidə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib – Fotolar