Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planın” təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq rayon ərazisində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bineqedi.info saytına verilən məlumata görə, 20 Yanvar faciəsinin otuz birinci il ildönümü münasibətilə Binəqədi rayonunda pandemiya şəraitinin qaydalarına riayət olunaraq 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov və 20 Yanvar hadisələri zamanı şəhid olmuş rayon sakinlərinin yaxınları iştirak ediblər.
“20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov şəhid ailələri adından çıxış edərək onlara göstərilən dövlət qayğısından danışaraq, bu qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Bineqedi.info