Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edildi – Fotolar

0
53
1990-cı ilin qanlı 20 Yanvar faciəsindən 31 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Binəqədi rayonunun Biləcəri qəsəbəsində ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialının üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyulub, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna dərin ehtiram bildirilib.
Bineqedi.info
bineqedi-anim
Əvvəlki məqaləPrezidentlə xanımı Şəhidlər xiyabanını ziyarət etdilər – Fotolar
Növbəti məqalədəMəktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür