Dövlət İmtahan Mərkəzi təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.
Bineqedi.info-nun məlumatına görə, DİM istifadəçilərin nəzərinə çatdırıb ki, quruma məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
Bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
Bineqedi.info