Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı əksini tapan müddəaların həyata keçirilməsinin praktik aspektlərini nəzərdən keçiriblər.
Putin həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb.
Yeniavaz.com