Binəqədidə “ABAD məhəllə kuboku” uğrunda futbol turniri keçirilib – Fotolar

0
65

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə 18 iyul 2019-cu il tarixində Binəqədi rayonu, İ.Həşimov küçəsi, 8 ünvanında yerləşən “ABAD” məhəllədə gənclər arasında “ABAD məhəllə kuboku” uğrunda futbol turniri keçirilib.

Bineqedi.info xəbər Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə I yeri “Kubinka” komandası, II yeri “Binəqədi Gənclər Evi” komandası, III yeri “Nəsimi” komandası tutub. Qaliblərin mükafatlandırılması mərasimində YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi bələdiyyəsinin nümayəndəsi Vüqar Babayev, Binəqədi Gənclər Evinin könüllüləri iştirak ediblər.

Əvvəlki məqaləİri qabaritli tullantıların təmizlənməsi işləri davam etdirilir – Fotolar
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində “Binəqədi könüllüləri” ilə görüş keçirilib – Fotolar