Türkiyənin Adana şəhərində keçirilən “JEET KUNE Do” idman növü üzrə Dünya çempionatında Binəqədi rayon ərazisində yerləşən “ARKTIKA” komandası adından Yeniyetmələr arasında Amin Əlili (52 kq), Zaur Quluzadə (56 kq), gənclərin yarışında Pərviz Abıyev (48 kq), Amal Məmmədov (52 kq), böyüklərin mübarizəsində isə Rəşad İsayev (+90 kq) bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanaraq Dünya çempionu adını qazanıblar.
Bineqedi.info-ya verilən məlumata görə, uşu üzrə dörd qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov Mərakeş idmançısına qalib gələrək “JEET KUNE Do” üzrə dünya kəmərinin sahibi olub.
Qeyd edək ki, Rəşad İsayev Binəqədi Qəsəbə Bələdiyyəsinin sədr vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edir. Pərviz Abıyev və Amal Məmmədov 179N-li tam orta məktəbin şagirdi, Zaur Quluzadə isə 182N-li tam orta məktəbin şagirdidir. Yığma komandamız yarışda Elçin Eminovun rəhbərliyi altında mübarizə aparıb.
İdmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində də arzu edirik!
Bineqedi.info