Binəqədidə 5 yaşlı oğlan və bacısı niyə döyülüb?

0
44

Binəqədi rayonunda iki nəfərin döyülmə faktı qeydə alınıb.

Hadisə Dərnəgül qəsəbəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elgiz Zeynalov və bacısı 2013-cü il təvəllüdlü Damla Zeynalova küçədə gedərkən orta yaşlı Elgün adlı şəxs tərəfindən döyülüblər.

O, əvvəlcə E.Zeynalovu döyüb. Bununla kifayətlənməyən şəxs 5 yaşlı D.Zeynalovanı da döyərək, ona bədən xəsarətləri yetirib.

Hələlik soyadı müəyyən edilməyən Elgün adlı şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır.

Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bilinmir.APA

Əvvəlki məqaləBinəqədidə “1 Aləm!” layihəsinə start verilib
Növbəti məqalədəBinəqədi sakinləri konsertə dəvət olunur