Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri iyulun 26-da A.R.Qobustanlı adına Mədəniyyət evində keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə keçirilən konsert proqramında sevilən gənc xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli Qaradağ sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Zəfər Məmmədli, kamançada Muşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət edib.
Konsert qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.
Növbəti konsertlər 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust – Buzovna qəsəbəsi R.Axundov adına Sarayında reallaşacaq.
Konsertdə qəsəbə sakinləri ilə yanaşı burada fəaliyyət göstərən hərbi hissənin əsgərləri də iştirak edib.
Növbəti konsertlər 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evində reallaşacaq.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. Layihənin konsertlərində tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.