Binəqədi rayonunda 8 Noyabr – “Zəfər Günü”nə həsr edilmiş silsilə tədbirlər davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 274 saylı Körpələr evi – Uşaq bağçasında “Zəfər bizimdir” adlı vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, Şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Tədbirdə körpələrin də iştirakı ilə özündə vətənpərvərlik duyğularını əks etdirən səhnəciklər nümayiş etdirilib, həmçinin şeirlər səsləndirilib, kompozisiyalar ifa edilib.