Bakı şəhəri Binəqədi rayonu 158 saylı Körpələr evi – Uşaq bağçasında “Zəfər bayramı” adlı vətənpərvərlik tədbiri keçirilib. Bineqedi.info saytı xəbər verir ki, tədbirdə Vətən uğrunda canından keçərək ən uca Zirvə-Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız – Vüsal Məmmədovun anası Mahirə ana və Əli Cabbarovun anası Yeganə ana, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Binəqədi Rayon təşkilatının məsul əməkdaşları, digər qonaqlar və bağça kollektivi iştirak edirdilər.
Tədbirdə qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, Şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Tədbirdə həmçinin körpələrin də iştirakı ilə özündə vətənpərvərlik duyğularını əks etdirən səhnəciklər nümayiş etdirilib, həmçinin şeirlər səsləndirilib, kompozisiyalar ifa edilib.
Bineqedi.info