Binəqədidə şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

0
68

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

Bineqedi.info saytı qafqazinfo.az-ya istinadən xəbər verir ki, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 


Əvvəlki məqaləBinəqədi rayonu Xocasən və Müşfiqabad qəsəbələrində ağac əkilib – Fotolar
Növbəti məqalədəBinəqədidə ev tikintisi zamanı uçqun – Fəhlə betonun altında qaldı