YAP Binəqədi rayon təşkilatı partiyanın yaradılmasının ildönümünü belə qeyd etdi – FOTOLAR

0
64
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, millət vəkilləri Kamaləddin Qafarov, Səbinə Xasayeva, Madər Musayev, Azay Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, şəhid ailələri və qazilər, partiyanın rayon təşkilatının fəalları və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir başlamazdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər, əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edib, ölkəmizin siyasi həyatında milli maraqların təbliğində müstəsna rol oynayıb, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısına çevrilib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixindən, o illərdə xalqımızın üzləşdiyi çox çətin və ağır günlərdən bəhs etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət adlandırdı. Eldar İbrahimovun sözlərinə görə ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin ideyalarından güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Millət vəkili Kəmaləddin Qafarov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi. Tarix sübut etdi ki, xalq yanılmayıb və 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini nəzaərə alaraq ümummilli lider Heydər Əliyevə müraciət ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, yeni yaradılan partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Millət vəkilinin bildirdiyinə görə partiya fəaliyyəti dövründə daim milli dəyərləri əldə rəhbər tutub, dövlətimizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərib.
Tədbirdə çıxış edənlər YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi Ruslan Şıxıyev də partiyanın cəmiyyətimizin inkişafındakı rolundan danışdılar. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə dövlət-xalq-ordu həmrəyliyinin müstəsna əhəmiyyətindən bəhs etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yeni zəfər salnaməsinə imza atdığını qürurla və iftixarla söylədilər.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Daha sonra tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.
Tədbir bədii hissə ilə başa çatdı. Sonda xatirə şəkli çəkdirildi.
Bineqedi.info
Bir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve park görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 18 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 16 kişi, avize ve iç mekan görseli olabilir
Bir 6 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 17 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 17 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilir
Bir gül ve iç mekan görseli olabilir
Əvvəlki məqaləDünya çempionu Binəqədidə şagirdlərlə görüşdü – FOTOLAR
Növbəti məqalədəBinəqədidə 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb