Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
68
prezident-bineqedi

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı həmin məktubları təqdim edir:

Möhtərəm cənab Prezident,

8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətinin çoxəsrlik dövlətçilik tarixinin təntənəsidir. Bu Qələbə müstəqil Azərbaycan Respublikasının dünyada artan nüfuzunu, gələcək inkişafını daha da möhkəmləndirdi. Siz Müzəffər Ali Baş Komandan kimi yaratdığınız güclü və qəhrəman Ordunuzla Qarabağı erməni faşistlərinin işğalından azad etdiniz, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini təmin etdiniz. Siz döyüş meydanında da, siyasət meydanında da düşmənləri məhv etdiniz və son 500 illik tariximizin ən şanlı Qələbəsini qazanaraq Azərbaycanın Zəfər salnaməsini yazdınız. Sizin təsdiq etdiyiniz baş planlara uyğun olaraq Qarabağımız və Şərqi Zəngəzurumuz ən müasir səviyyədə sürətlə yenidən qurulur. Tezliklə keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarına dönəcəklər və Sizin dediyiniz kimi orada əbədi yaşayacaqlar. Bizə bəxş etdiyiniz bu Qələbəyə görə Sizə, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlığımızı bildiririk.

Siz xalqının sonsuz məhəbbətini qazanmış, beynəlxalq aləmdə ən nüfuzlu siyasi liderlərdənsiniz. Xalq dəmir yumruq kimi Sizin ətrafınızda birləşib və heç bir qüvvə bu birliyi sarsıda bilməz.

Möhtərəm cənab Prezident, Siz bu gün müasir, güclü Azərbaycan Respublikasının ən yeni tarixini qalib sərkərdə kimi yazırsınız. Azərbaycan xalqı Sizinlə qürur duyur, fəxr edir.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Abbasova Elnarə Müzəffər qızı,

Bakı şəhəri 1 nömrəli Uşaq Stomatoloji poliklinikasının Mülki müdafiə qərargah rəisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Türk dünyasının dahi şəxsiyyəti, qədim və müzəffər Azərbaycan xalqının tarixinə Zəfər qazanmış qəhrəman oğul kimi adını şanlı Ordumuzla birlikdə qızıl hərflərlə yazdıran Ali Baş Komandan.

Müzəffər Azərbaycan xalqının bir vətəndaşı kimi, dünya birliyinin tarixinə yeni sətirlərlə müasir hüquqi və ədalətli siyasətlə zəfər qazanmış Azərbaycan xalqının adını əbədi həkk etdirdiyiniz və xalqımızı zirvələrə ucaltdığınız üçün Sizə – xalqımızın qəhrəman Liderinə “var olun” deyirəm.

Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz münasibətilə bir vətəndaş kimi özümə borc olaraq Sizi və xalqımızı, zəfər qazanmış şanlı Ordumuzu təbrik edirəm.

Yaşa, müzəffər Azərbaycan xalqı və dövləti!

Hörmətlə,

Hacıyev Bayram Nazim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Möhtərəm cənab Prezident.

8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram.

Hörmətli Prezident, bu gözəl günləri xalqımıza yaşatdığınıza görə Sizə və ailənizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu qısa zaman ərzində göstərdiyiniz yüksək nailiyyətlərə və Qarabağda quruculuq işlərinə görə Sizə ömür boyu minnətdarıq.

Azərbaycan xalqı Sizinlə fəxr edir.

Hörmətlə,

İmanova Gülşən Qəşəm qızı

Azərbaycan Respublikası, Binəqədi rayonu, Xocəsən qəsəbəsi.

Möhtərəm cənab Prezident!

Biz Sizinlə fəxr edirik. Bizə böyük Qələbə sevinci yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq. Zəfər sevinci yaşamaq Sizin uğurlu və müdrik siyasətinizin nəticəsidir.

Siz xalqımızı uğura aparan strateji yolu çox doğru və dəqiqliklə müəyyən etmisiniz. Zaman göstərdi ki, bu yolda qarşıya çıxan istənilən maneəni dəf etmək üçün dövlətimizin həm sosial, həm iqtisadi, həm də hərbi gücü yetərincədir. Bütün bunları dəqiqliklə hesablamaq, hədəfə uğurla çatmaq üçün böyük müdriklik və möhkəm iradə tələb olunur. Xalqımız ona görə xoşbəxtdir ki, bunlar Sizdə cəmləşmişdir.

Hər zaman dediyiniz kimi: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Vəliyeva Nərmin

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Hörmətli cənab Prezident,

Sizin Ali Baş Komandanlığınız və əsgərlərimizin şücaəti sayəsində yaşadığımız Qələbə sevincinə görə Sizə, bir şuşalı qızı kimi dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün azaddır. Şuşa bu gün yenidən dirçəlir, abadlaşır, öz füsunkar görkəmi ilə bütün dünyaya səs salır. Şuşa bu gün sanki yenidən doğulmuşdur, əziz körpə kimidir. Adı və səsi ruhumuzu oxşayır.

Cənab Prezident, bu günlərin memarı Sizsiniz. Siz bizi arzularımıza çatdırdınız. Ulu Tanrı hər zaman arzularınızı çin etsin!

Hörmətlə,

Süleymanzadə Mədinə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hörmətli cənab Prezident,

İnşallah, qarşıdakı günlərdə Zəfər gününü qeyd edəcəyik. Bu, xalqımız üçün təqvimin ən gözəl günlərindən biridir. Biz bu xoşbəxtliyə Sizin və Ali Baş Komandanı olduğunuz şanlı Ordumuzun sayəsində nail olduq. Sizin yüksək mədəniyyətiniz, müdrik siyasətiniz, qətiyyətiniz və möhkəm iradəniz bütün dünyanı mat qoydu.

Hər yerdə işlətdiyim bir ifadəni Sizin də diqqətinizə çatdırıram: Bizim Prezident cənab İlham Əliyev dünyada təkdir!

Allah Sizi hər zaman xoş nəzərində saxlasın. Səbriniz bol, canınız sağlam, həyatınız firavan olsun. Amin!

Hörmətlə,

Əliyeva Şəfayət

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Möhtərəm cənab Prezident.

Sizin Füzuli rayonuna səfəriniz zamanı ictimaiyyət nümayəndələri ilə görüşünüzdə söylədiyiniz “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək” sözləri qəlbimizi sevinc və fərəh hissi ilə doldurdu. Bizim ən böyük arzumuz torpaqlarımızın işğaldan azad edilməsi idi və Siz bunu reallaşdırdınız. Həmçinin doğma yurdumuza tez bir zamanda qayıtmağımız üçün möhtəşəm işlər görürsünüz. Bütün bunlara görə Sizə minnətdarıq.

Cənab Prezident, biz çox xoşbəxt xalqıq ki, Sizin kimi vətənpərvər, xalqını sevən liderimiz var. Sizi hər zaman dəstəkləyəcəyik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bundan da böyük uğurlar qazanacaq, xalqımız daha xoşbəxt həyat yaşayacaq. Füzuli rayon 2 saylı tam orta məktəbin bütün müəllim kollektivi adından Sizə bir daha təşəkkürümüzü bildiririk.

Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Mirzəyeva Pəri Həşim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Möhtərəm cənab Prezident.

Otuz illik yurd həsrətimizə son qoyan 44 günlük Vətən müharibəsində Zəfər sevincini bizə yaşatdığınıza görə Sizə nə qədər minnətdarlıq etsək, yenə də azdır. Siz xalqın xilaskarı, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandanımızsınız. Sizinlə fəxr edirik. Noyabrın 8-də qeyd edəcəyəmiz Zəfər Gününün bizim üçün tarixi əhəmiyyəti çox böyükdür. Çünki Zəfər Günü bizə Xarıbülbülün yenidən Vətənində çiçək açmasını, dünyaya səs salan Qarabağ atlarının Cıdır düzündə yenidən cıdıra çıxmasını görməyimizə, Qarabağ şikəstəsini yenidən Qarabağda eşitməyimizə imkan yaradan bir gündür.

Cənab Prezident, bu günlərdə bizə növbəti dəfə sevincli anlar yaşatdınız. Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə Mehriban xanımla birlikdə rayonumuza səfəriniz bizi daha da ruhlandırdı və fərəhləndirdi. İctimaiyyətin nümayəndələri ilə görüşdəki çıxışınızı dinlədikcə, Sizin nə qədər müdrik, uzaqgörən, cəsarətli bir lider olduğunuza bir daha əmin olduq. İnanırıq ki, Sizin bilavasitə nəzarətinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri tezliklə başa çatacaq və biz doğma yurdumuza qayıdacağıq. Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Allah Sizi həmişə var eləsin.

Hörmətlə,

Abbasova Sevinc Valeh qızı

Füzuli rayon 48 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

 

 

 

Əvvəlki məqaləİlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəBinəqədidə dəhşətli intihar: Başına corab keçirib özünü boğdu