Paytaxtın bu yolları bağlı olacaq

0
9089
yol temır

Bakının 2 rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bineqedi.com  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Suraxanı rayonu, Hövsan qəsəbəsi Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində 14 oktyabr saat 08:00-dan qismən məhdudiyyət tətbiq olunacaq.

Binəqədi rayonu, Binəqədi şossesi Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində isə 15 oktyabr saat 08:00-dan qismən, 16 oktyabr saat 23:00-dan isə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – məlumatda deyilir.

paytaxtin-bu-yollari-bagli-olacaq

Əvvəlki məqaləBakıda ətin qiyməti rayonları geridə qoydu – Son qiymətlər
Növbəti məqalədəYeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? – Rəsmi açıqlama