Jurnalistlərə hansı güzəştlər ediləcək? – Yeni qanun layihəsinin müzakirəsi başlayır

0
153
milli-meclis-deputat

“Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi başlayır”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində işlər artıq yekunlaşıb: “Qısa müddətdə qanun layihəsi Milli Məclisin komitələrində və plenar iclasında müzakirəyə çıxarılacaq”.

Layihənin ilkin variantı sabah – dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

“Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanı təmin edilə bilər”.

Əhməd İsmayılovun sözlərinə görə, KOBİA ilə də müzakirələr davam etdirilir: “Müvafiq qurumun media sahəsinin inkişafına kömək xarakterli təklifləri dəyərləndirilməkdədir”.

“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlamışıq”.

Əhməd İsmayılov bildirib ki, sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir: “Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun”.

Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.

Bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

“Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır”, – layihədə bildirilib.

Özünü media subyekti və ya jurnalist kimi təqdim edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq.

Bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

“Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır”.

“Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək”.

“Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq”.

Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

Qeyd edilib ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

“Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir”.

“Qanun layihəsi qəbul olunandan sonra dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”, – layihədə bildirilib.

Əvvəlki məqaləBinəqədidə yerləşən musiqi məktəbləri – Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbi
Növbəti məqalədə​Binəqədidə motosiklet sürücüsü piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb