Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş vermiş dəhşətli ölümlə bağlı bəzi məqamlar üzə çıxıb.
Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən 13 Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.
Yaxınları iddia edib ki, ailədə valideynlər arasında daim münaqişələr baş verib və yeniyetmə qız ata-anasını barışdırmaq, onların dalaşmasının qarşısını almaq üçün dəfələrlə səy göstərib. Lakin buna baxmayaraq valideynlər məktəbli qızın yanında münaqişələrinə davam ediblər. Bundan sonra orta məktəbin 7-ci sinif şagirdi olan Z.A həyatına qəsd etmək fikrinə düşüb. Onun evdə qoyduğu kağızda “Kim istəyirsə, arxamca gəlsin” sözlərini yazdığı və özünü pəncərədən atdığı iddia olunur.
Yeniyetmə qız hadisə yerində vəfat edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Mənbə: Publika.az