Binəqədidə gənclər narkomaniya ilə mübarizə sahəsində maarifləndirilir – FOTOLAR

0
68
bineqedi-narkomaniya-maariflendirme
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Polis İdarəsinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi rayon 248 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Sağlam nəsil, sağlam gələcək” devizi altında narkomaniyaya qarşı mübarizə sahəsində hüquqi-maarifləndirici profilaktik görüş keçirilmişdir.
Bineqedi.info saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə Binəqədi rayon 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov açaraq, yetkinlik yaşına çatmış məktəblilər arasında narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmənin vacib olduğunu bildirmişdir.
Məruzə ilə çıxış edən 5-ci Polis Bölməsinin əməkdaşı ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işləri qeyd edərək bildirmişdir ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Həmçinin narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Daha sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə çıxış edərək qeyd etmişdir ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş, hər bir fərd fəallıq göstərməli, cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
Tədbirin sonunda gəncləri maraqlandıran suallara cavab verilmiş və görüş müzakirə formatında davam etmişdir.
Bineqedi.info
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 13 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Gender zorakılığına son!” adlı tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəBu şəxslərin maaşı 20 faiz artırıldı – Prezidentdən sərəncam