Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

0
9878
yol temır

21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzindən aeroport istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı 8 Noyabr prospektindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.

Əvvəlki məqalə“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” – DTX rəis müavini
Növbəti məqalədəAzərbaycan Prezidentinin Vyetnamın baş naziri ilə görüşü olub – Foto