“Məktəbəqədər təhsilə qəbul elektron formada olacaq”.
Bineqedi.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, bunun üçün sistem qurulmalıdır.
“Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”.
Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, valideynlər ümumiyyətlə məktəbin idarəolunmasında iştirak etməməlidir:
“Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir”.
“Bağçaların icbari təhsil olması yaxın gələcəkdə mümkün deyil”.