Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M. Əlihüseynov və əvvəllər məhkum olunmuş Ç. İmaməliyev Binəqədi rayonu ərazisində saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Bineqedi.info saytına bildiriblər ki, şəxsi axtarış zamanı M.Əlihüseynovda 38 qramdan artıq heroin, 4 qramdan çox metamfetamin, Ç.İmaməliyevdən isə 6 qramdan artıq heroin, 8 qramdan çox metamfetamin aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Əlihüseynovun evinə baxış zamanı oradan əlavə 9 qramdan artıq heroin, 6 qrama yaxın metamfetamin, 1 ədəd elektron tərəzi, Ç. İmaməliyevin evinə baxış zamanı isə 110 qram heroin, 35 qram metamfetamin, 18 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bineqedi.info