Binəqədi məktəbliləri foto-sərgiyə baxış keçiriblər – FOTOLAR

0
65
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə idarə əməkdaşları və məktəblilər tərəfindən Birliyin foto-sərgisinə baxış keçirilib.
Bineqedi.info xəbər verir ki, Birliyin sədri Əlövsət Qasımov qonaqları İctimai Birliyin Şəhidlər muzeyi ilə tanış edib, Qarabağ müharibəsi zamanı çəkdiyi fotoların tarixindən və cəbhə xatirələrindən danışıb.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səadət Quliyeva çıxış edərək yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında vətəndaş cəmiyyətlərinin rolunun vacib olduğunu bildirmiş və birliyin bu fəaliyyətini yüksək dəyərləndirmişdir.
Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin aktiv fəaliyyət göstərdiyini deyən birliyin sədri Əlövsət Qasımov, erməni vandalizmini faktlarla sübut etmək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.
Sonda “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, müharibə veteranı Əlövsət Qasımov dəvəti qəbul etdiyinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirmişdir.
Bineqedi.info
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilir
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə aşkarlanıb
Növbəti məqalədəBinəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri yazır – MƏQALƏ