Azərbaycan şəhid verdi – Sərhəddə gərginlik

0
34
Mudafie-nazirliyi

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Bineqedi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bineqedi.info

Əvvəlki məqaləYeni ilin ilk həftəsində nələr baş verdi? – YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovla müzakirə – VİDEO
Növbəti məqalədəBinəqədidə karate idman növü üzrə Avrasiya çempionu Solmaz Zeynallı ilə görüş keçirilib – FOTOLAR