Binəqədidə karate idman növü üzrə Avrasiya çempionu Solmaz Zeynallı ilə görüş keçirilib – FOTOLAR

0
65
Binəqədi rayonu 83 №-li məktəb-liseydə Karate idman növü üzrə Avrasiya çempionu Solmaz Zeynallı ilə məktəblilərin görüşü keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Binəqədi rayonu 83 №-li məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva, Karate idman növü üzrə Avrasiya çempionu Solmaz Zeynallı və gənclər iştirak edib.
Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra idarənin baş məsləhətçisi Elvin Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbirlə bağlı məlumat verdi və idmançımızın ümumi idman nailiyyətlərindən söz açdı.
Daha sonra söz Binəqədi rayonu 83 №-li məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyevaya verildi.
O, tədbir iştirakçılarını salamladıqdan sonra, tədbirin təşkil olunmasına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə xüsusi təşəkkürünü bildirdi.
Çıxışa idmançımız davam edərək qazandığı nailiyyətlər barəsində gənclərə məlumat verdi.
Tədbir idmançımızın gəncləri marağlandıran suallarını cavablandırması ilə davam etdi.
Yekunda idmançımıza idarə tərəfindən Fəxri Fərman verildi və məktəbdə təşkil olunmuş guşədə məktəblilər və pedoqoji heyət ilə xatirə şəkilləri çəkildi.
Xatırladaq ki, idmançımız Solmaz Zeynallı, 44 günlük Vətən müharibəsində şəhid olan və ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Kapitan Tural Zeynalovun bacısıdır.
Bineqedi.info
Bir 1 kişi, ayakta ve yazı görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləAzərbaycan şəhid verdi – Sərhəddə gərginlik
Növbəti məqalədəBinəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib – FOTOLAR