Vətəndaşın şikayətindən sonra ağacın dibi daş döşəmədən təmizləndi – Fotolar

0
101

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb.

Bineqedi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ETSN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı daxil olan şikayətlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacın dibi xidmət əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib.


Əvvəlki məqaləAzərbaycanda koronavirus xəstələrinin karantin müddəti 7 gün olacaq – Rəsmi
Növbəti məqalədəBinəqədidə narkotik satan 11 nəfər tutuldu – Video