Binəqədidə narkotik satan 11 nəfər tutuldu – Video

0
99

Bakının Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 11 nəfər saxlanılıb.

Bineqedi.info saytı xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.

Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əvvəlki məqaləVətəndaşın şikayətindən sonra ağacın dibi daş döşəmədən təmizləndi – Fotolar
Növbəti məqalədəBuraxılış imtahanlarının vaxtı məlum olub