Binəqədidə şəhidlərin məzarı ziyarət olunub – Fotolar

0
55

Binəqədi rayonunda 2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəman gənclərimizin məzarları ziyarət edilib.

Bineqedi.info-ya verilən məlumata görə, ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahvediyev, gənclər və digər rəsmi şəxslər iştirak ediblər.

Binəqədi Rayonu Biləcəri qəsəbəsi, Xocəsən qəsəbəsi və Binəqədi qəsəbələrində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərinə gələn nümayəndələr və gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüb.

Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq.



Əvvəlki məqaləPrezident İlham Əliyev: “Vətən müharibəsində gənclərin rolu həlledici oldu”
Növbəti məqalədəFHN Biləcəridə avtomobil sexindəki baş verən yanğınla bağlı məlumat yayıb