FHN Biləcəridə avtomobil sexindəki baş verən yanğınla bağlı məlumat yayıb

0
76
yangin-fhn

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 750 kvadratmetr olan təkər təmiri sexinin yanar konstruksiyaları 500 kvadratmetr sahədə, içərisində olan avtomobil şinləri və ərazidə dayanmış “Mercedes” markalı yük avtomobilinin yanar hissələri qismən yanıb.
Bineqedi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, sexin qalan hissəsi və bitişik olan müxtəlif təyinatlı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləBinəqədidə şəhidlərin məzarı ziyarət olunub – Fotolar
Növbəti məqalədəBakıda nazirliyə məxsus kabel kəsilərək oğurlanıb