Binəqədidə bir ailənin 8 üzvü dəm qazından zəhərlənib

0
75
bineqedi bileceri yolu

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Bineqedi.info saytı “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü M. Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü M. Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü M. Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü M.  Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü H. Nigar Emin qızı, 2016-cı il təvəllüdlü H. Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü H. Bəşir Savalan oğlu və 1 yaşlı M. Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

 

Əvvəlki məqaləBinəqədidə qayınatanın kürəkənini öldürməsi ilə bağlı təfərrüatlar
Növbəti məqalədəSəhiyyə Nazirliyi əhaliyə çağırış edib