Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.
Bineqedi.info saytı modern.az-a istinadən xəbər verir ki, həmin şəxs Bakının Binəqədi rayon sakini, M. E. Minətulla qızıdır.
Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xatırladaq ki, hadisə “Azadlıq prospekti” metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb.
Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib.