Binəqədi rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin və “ASAN” Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 26 fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ASAN könüllüləri arasında stolüstü tennis turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, stolüstü tennis turnirinin nəticəsinə əsasən 1-ci yeri “3 saylı Bakı ASAN xidmət könüllüləri” komandası, 2-ci yeri “1 saylı Bakı ASAN xidmət könüllüləri” komandası, 3-cü yeri “5 saylı Bakı ASAN xidmət könüllüləri” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak edib.
Bineqedi.info











