Binəqədi məktəbliləri müsabiqədə qalib oldular – FOTOLAR

0
69
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda Bakı şəhəri orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı və onlayn rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, müsabiqələrdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən rayon mərhələlərinin qalibləri Binəqədi məktəbliləri– inşa-yazı üzrə Abdurahmanlı Zəhra Naib qızı, rəsm üzrə Qəribova Səidə Etibar qızı və Köçəriyeva Nigar Mürşüd qızı yer tutmuşdur.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bineqedi.info
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 15 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə ögey anasını öldürən qadına və onun ərinə hökm oxunub
Növbəti məqalədəPrezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdü – FOTOLAR