Binəqədidə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təltifetmə mərasimi keçirildi – FOTOLAR

0
87
bineqedi-teltifetme-gencler
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təltifetmə mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, idman müəllimləri və məşqçi-müəllimlər iştirak etdilər.
Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev iştirakçıları salamlayaraq Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. İdarə rəisi Namiq Tarverdiyev Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq, bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu bildirmişdir.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova çıxış edərək bütün idman ictimaiyyətini təbrik edib, işlərində uğurlar arzu etdi. Eyni zamanda tədbirdə iştirak edən müəllimlər də onlara verilən dəyərdən çox məmnun olduqlarını bildirərək, Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Gənclər və İdman İdarəsinə və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə öz təşəkkülərini bildirdilər.
Sonda Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif edildilər.
Bineqedi.info
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə yeniyetmə və gənclər arasında birincilik keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə 3 nəfəri bıçaqlayan şəxsə hökm oxunub