Mövqelərimiz yenə atəşə tutuldu

0
45
mudafie-nazirliyi.

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bineqedi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə 3 nəfəri bıçaqlayan şəxsə hökm oxunub
Növbəti məqalədəBinəqədi məktəbəqədər təhsil müəssisələrində Beynəlxalq Qadınlar Günü qeyd edilib – FOTOLAR