Binəqədidə fəaliyyət göstərən komandaların idmançılarından uğurlu nəticə – FOTOLAR

0
114
bineqedi-gencler-evi
Türkiyənin İstanbul şəhərində keçirilən Muay Thai üzrə Avropa çempionatında Binəqədi rayon ərazisində yerləşən “İNAM”, “ARKTİKA” və “BOZQURD” komandalarının idmançıları çıxış ediblər.
Bineqedi.info saytına verilən məlumata görə, yeniyetmələr arasında Xəyal Əliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Rəvan Ağazadə (67 kq), Murad Mehralıyev (91 kq) və gənclərdə isə Rəvan Qasımov (71 kq) gümüş medalın sahibi olub. Yeniyetmələrdə Nihad Şoranov (45 kq), Murad Malıyev (52 kq), Amin Əlili (51 kq), Natiq Əliyev (42 kq), Zaur Quluzadə (56 kq) bürünc medalın sahibi olub.
Xəyal Əliyev və Murad Mehralıyev 283 nömrəli tam orta məktəbin şagirdi, Amin Əlili və Natiq Əliyev 182 nömrəli tam orta məktəbin şagirdi, Nihad Şoranov 284 nömrəli tam orta məktəbin şagirdi, Qasımov Rəvan 244 nömrəli tam orta məktəbin şagirdi, Malıyev Murad 83 nömrəli məktəb-liseyin şagirdi və Zaur Quluzadə isə 276 nömrəli tam orta məktəbin şagirdidir.
Yığma komandamız yarışda baş məşqçi Fəxri Əliyev, məşqçilər Mürsəl Yekbaşov və Elçin Eminovun rəhbərliyi altında mübarizə aparıb.
Bir 17 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, içəridə və mətn şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 15 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləAzərbaycan Ermənistana bu təklifləri göndərib – DETALLAR
Növbəti məqalədə500 nəfər işlə təmin ediləcək – FOTO