Çərşənbə, Fevral 12, 2025
Ev Manşet

Binəqədidə “Psixoloji mövqe” mövzusunda seminar keçirilib – FOTOLAR

0
52
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının müdafiəsi” adlı layihənin “Psixoloji mövqe” mövzusunda seminarı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, layihədə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixologiya üzrə fəlsəfə doktoru, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Günel Həsənova iştirak ediblər.
Layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonaqları salamladıqdan sonra, layihə haqqında məlumat verib.
Təranə xanım çıxışında “Erkən nikahdan, məişət zorakılığından, qadın-kişi münasibətlərindən” danışıb.
O, qeyd edib ki, zorakılığın növləri, xüsusilə psixoloji zorakılığın səbəb və nəticələri haqqında danışıb.
Güclü qadın modeli necə olmalıdır və zamanın tələbləri ilə necə uyğunlaşa bilər, o, bu barədə gənclərə məlumat verib.
Daha sonra iştirakçıla tərəfindən ailədə qadın psixologiyası, erkən nikah, ailədə qadın zorakılığı və s. mövzularda suallar verilib.
Bineqedi.infoBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 18 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləErmənistana casusluq edən şəxs ifşa edildi – DTX-dan ƏMƏLİYYAT
Növbəti məqalədəBinəqədi Rayon Polis İdarəsində yüksək vəzifəyə təyinat