Binəqədidə şəhidin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub – FOTOLAR

0
60
bineqedi-sehid-abide-kompleksi
Binəqədi rayonunda şəhid Teymur Tağı oğlu Zeynalovun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Bineqedi.info saytı xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, iştirak edirdilər.
Tədbir ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan olundu.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin qohumları, döyüş yoldaşları, təhsil aldığı orta təhsil və ali məktəb müəllimləri çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Teymur Zeynalovun şərəfli həyat yolundan danışdılar. Vurğuladılar ki, şərəfli döyüş yolu keçən Teymur və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaqdır.
Şəhidin atası Tağı Zeynalov yüksək diqqət və qayğıya görə Azərbaycan Respubliaksının Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Mərasim şəhidin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.
Bineqedi.info
May be an image of 10 people, people standing and outdoorsMay be an image of 7 people, people standing and outdoorsMay be an image of 12 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and outdoorsMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 10 people, people standing and outdoors
May be an image of 10 people, people standing and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of 8 people, people standing and outdoors
May be an image of 7 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 13 people, people standing and outdoors
May be an image of 11 people, people standing and outdoors
May be an image of 1 person, outdoors and brick wall
May be an image of 1 person and outdoors
May be an image of 7 people, people standing and outdoors
Əvvəlki məqaləKremldən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA
Növbəti məqalədəBinəqədidə qadın sərnişin avtobusda ağır xəsarət alıb