Binəqədi Gənclər Evi film nümayiş etdiriləcək

0
288
bineqedi-gencler-evi

Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart hadisələri, yaxud qara oyunlar” filmi nümayiş olunacaq.

Xatırladaq ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, onminlərlə insan itkin düşüb.

Tarix: 30 mart, 2022-ci il

Saat: 14:00

Məkan: Binəqədi Gənclər Evi

Bir yazı görseli olabilir

Əvvəlki məqaləİlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib- FOTOLAR
Növbəti məqalədəQafqaz Müsəlmanları İdarəsi Ramazan FƏTVASI verdi