Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.
Bineqedi.info xəbər verir ki, bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, tibb işçilərinə əlavələrin müdəti martın 1-dən mayın 1-dək uzadılıb.
Bineqedi.info